SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azəryolservis" ASC Bakıda qarlı yolların yaşlı qadınlar vasitəsilə təmizlənməsi iddiasına münasibət bildirib. 
 
BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bəzi xəbər saytlarında yolları qardan təmizləyən qadınların şəkillərini paylaşaraq heç bir aydınlaşdırma aparmadan nədənsə "Azəryolservis" ASC-nin yolların qardan təmizlənməsi üçün ayrılan texnika, maşın-mexanizmlərin sayı ilə bağlı yaydığı statistik məlumatları müqayisə etdiklərini bildirib. 

"Bir daha deyirəm ki, "Azəryolservis" ASC-nin balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var. Yolların qardan təmizlənməsi üçün "Azəryolservis" ASC işçi qüvvəsi olaraq qadınlardan istifadə etmir!”, - deyə Anar Nəcəfli bildirib. 

BAKU.WS