SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ağır bir imtahandan keçdik. Dözülməsi çətin olan, insanın belini qıran bir imtahan". 

BAKU.WS
xəbər verir ki, bu sözləri ailəsində faciə yaşanan jurnalist Yusif Kərimli deyib.

Xəzər TV-nin aparıcısı ağır günlərin geridə qaldığına desə də, qarşıda çətin imtahanların onu gözlədiyini deyib: 

"Toparlanmağa çalışacağıq təbii ki. Qarşıda bəlkə də daha çətin imtahanlar olacaq. Tab gətirmək üçün güclü olmaq lazımdır. Güclü olmağın əsas sirri isə dəyərli dostlardır. Bu günlərdə məni tək qoymayan bütün dostlarıma sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız!"

Xatırladaq ki, ötən həftə teleaparıcı Yusif Kərimlinin 7 yaşlı oğlu Əmin dənizdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma gənc qız özü boğulub. Komaya düşən azyaşlı bir neşə gündən sonra ayılıb. Hazırda vəziyyəti yaxşılığa doğru gedir.


Zülfiyyə Qurbanova
BAKU.WS