SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada ölkələrində olduğu kimi, avqustun 12-si və 13-ü Azərbaycanda da Qurban bayramı keçiriləcək. Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir.

BAKU.WS xəbər verir ki, Məkkədə Həcc ziyarətində olanlar bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsirlər. Bəs Azərbaycanda olan müsəlmanlar heyvanları nə vaxt və hansı şəraitdə kəsməlidir? Heyvan kəsimi zamanı hansı şərtlərə riayət etmək lazımdır? 

Bu suallara aydınlıq gətirmək üçün ilahiyyatçı-din xadimi Hacı Surxay Məmmədliyə müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bildirib ki, Azərbaycanda Qurban bayramı avqustun 12-də qeyd olunacaq: “Qurban Allaha yaxınlaşmaq mənasındadır. Dini ayinlərin icrasında əsas məqsəd Allaha yaxınlaşmaqdır. Təbii ki, qurbanlığın özündə xüsusi heyvanlar qeyd olunur. Buynuzlu heyvanlar, keçi, qoyun, inək və dəvənin kəsilməsi məqsəduyğundur. Bu heyvanlar kəsilərkən bədən üzvləri sağlam və kök olmalıdır. Bunlar qurbanlıqda önəmli şərtlərdir. Digər tərəfdən qurbanlıq 3 hissəyə bölünməlidir. Birinci hissə insanın özünə götürməli, ikinci hissə qonşular, sonuncu hissə isə yaxın ailə üzvləri arasında paylanılmalıdır. Qurban kəsmək məhz Həcc ziyarəti zamanı Məkkədəki zəvvarlara vacibdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda kəsilən qurbanlıq müstəhəb (savab) xarkter daşıyır. 

Qurbanlıqda paylaşmaq prinsipi var. Qurbanlıqda mən sözü yoxdur, biz anlayışı var. İmam Əlinin (ə) bu barədə gözəl kəlamı var: “Özü tox olub, qonşusu ac olan məndən deyil”. Qurban bayramında ac, yoxsul və ehtiyaclı insanlarla sosial yardımlaşmaq prinsipi var. Biz çalışmalıyıq ki, maksimum dərəcə ehtiyaclı insanların ehtiyaclarını qarşılayaq, bundan əlavə küsülüləri barışdıraq, xoşməralı və pozitiv olaq”.

Orxan Hüseyn
BAKU.WS