VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. 

BAKU.WS
xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir ki ki, Cəmiyyətin Sərnişin daşımaları departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib. 

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
BAKU.WS