SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkəti bağlanır.

Bu barədə şirkətdən BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, şirkətin bir çox əməkdaşı artıq ixtisara düşüb. Bəziləri də özhsablarına məzuniyyətə göndəriliblər.

“Şirkətin xidmət göstərdikləri abonentlərin problemlərilə maraqlanan ustalarımız məzuniyyətə göndərilib. Hazırda şirkətdə bu sahədə çalışan usta yoxdur.

Bağlanandan sonra xidmət göstərdiyimiz abonentlərə pulsuz nömrələr veriləcək. Onlar digər şirkətlərin balansına daxil olacaqlar”, - deyə şirkətdən bildirilib.
BAKU.WS