SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkədə Ağstafa rayonu ilə bağlı “maraqlı” foto paylaşılıb.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, fotoda rayonun adının əks olunduğu löhvədə “Ağstafa” sözünün səhv yazılması diqqət çəkib.

Belə ki, “Ağstafa” sözü lövhədə “Agtafa” kimi yazılıb.

Ağstafa rayon İcra Hakimiyyəti rayonun adının əks olunduğu löhvədə “Ağstafa” sözünün “Agtafa” yazılmasına münasibət bildirib.

İH-dən bildirilib ki, foto təmir zamanı hərflər sökülərkən çəkilib:

“Biz hərflərin hazırlanmasına baxdıq, formata uyğun deyildi və xoşumuza gəlmədi. İcra başçısı Nizaməddin Quliyev qərar verdi ki, həmin hərflər yenidən düzəldilsin.

İşləri həyata keçirən təşkilat hərfləri söküb aparıb, həcmində və formasında dəyişiklik edəcəklər. Orada onlarla adam işləyib, biz özümüz nəzarət etmişik. “S” hərfi var idi”.
BAKU.WS
QALEREYA