SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulması ilə bağlı mağazadan açıqlama verilib.

Mağazanın meneceri Əli Qarayev BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin kamera dəhlizi çəkir.

“Kamera soyunub-geyinmə otağını çəkmir. Kamera vasitəsilə dəhlizi nəzarət altında saxlayırıq ki, mağazada hər hansı bir əşya itərsə, yaxud hər hansı bir narazılıq olarsa, görüntülərə baxılsın”, - deyə Əli Qarayev bildirib.

***17.00

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən geyim mağazasında müştəriləri hər yerdə izləyirlər.

Bu barədə müştərilər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, 8-ci mikrorayonda yerləşən “Romantik” mağazasında qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub.


Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür.

Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib. Onu sizə təqdim edirik:
BAKU.WS