SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

BAKU.WS Rəsədxanaya istinadən xəbər verir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

İyulun 29 –dan 31-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.
BAKU.WS