SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun hərbi hissələrinin birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.

BAKU.WS Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb.

Sonra dövlət bayrağı meydana gətirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni ifa edilib.

Gənc zabitlərə hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraiti barədə məlumat verilib.

Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.
BAKU.WS
QALEREYA