VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bu il azı 800 mənzilin verilməsinin planlaşdırıldığını bildirib.

Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla artıq 110 mənzil verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6764 mənzil təqdim edilib.

A.Kərimov müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 200-ü təqdim edilib. Beləliklə, indiyədək 6350-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.
BAKU.WS
QALEREYA