SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 20 mininci vətəndaş müraciəti qeydə alınıb.

BAKU.WS xəbər verir ki, müraciəti paytaxtın Yasamal rayon sakini 69 yaşlı Zakir Cəfərov edib.
Vətəndaş əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və yenidən hesablanması üçün DOST mərkəzinin xidmətindən faydalanıb.

20000-ci müraciətin sahibi olan Zakir Cəfərova 1 saylı Bakı DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vətəndaşı təbrik edərək, DOST xidmətlərindən istifadə etdiyi üçün təşəkkürünü bildirib.

Zakir Cəfərov vətəndaşlara "bir pəncərə", həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.
9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzdə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.

Qeyd edək ki, 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
BAKU.WS
QALEREYA