SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatı keçiriləcək.

BAKU.WS
xəbər verir ki, bu barədə agentlikdən "report"a bildirilib.

Verilən məlumata görə, dövlət qurumlarının dəstəkçi olduğu layihəyə əsasən, ilkin mərhələdə küçə sənətçiləri arasında seçim olacaq.

Seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

"Küçə sənətçiləri" layihəsinin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.
BAKU.WS