SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, hadisə nəticəsində Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.
BAKU.WS