055 213 76 73
BNA-dan BAKU.WS-ə verilən məlumata görə, bu çərçivədə iyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.
Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.
Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.
BAKU.WS