SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik barədə qanunu təsdiqləyib.

BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000 manatdan 4 128 104 000 manata, xərcləri isə 3 928 104 000 manatdan 4 128 104 000 manata qaldırılıb.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan, 4 020 444 000 manata qaldırılıb. Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manatdan, 23 000 000 manata qaldırılıb.
BAKU.WS