055 213 76 73
Rəsədxanadan BAKU.WS-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin ləkənin inkişafını mümkün edə bilən sahə yaranmaqdadır.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.
Geomaqnit sahə, son saatlar ərzində ümumən çox sakitdir.
Bildirilir ki, proqnoz dövründə (bu gün və sabah) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Maqnit qasırğasının yaranması ehtimalı 23 və 24 iyulda 5%-dən aşağı qiymətləndirilir.
BAKU.WS