SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.

BAKU WS
“qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən açılışı edilib.

Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib. İH-nin məsul işçisi Bərxudar Bərxudarov bildirib ki, park sakinlərin istifadəsindədir:

“Orada hər bir şərait yaradılıb ki, sakinlər rahat istirahət etsinlər. Park baxımsız vəziyyətdə deyil. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları parka qulluq edir, ağacları mütəmadi olaraq sulayır”.
BAKU.WS
QALEREYA