VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Lənkəranda fəaliyyət göstərən daha 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.

Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarının sahibləri aşkarlanan analoji fakta görə N.Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
BAKU.WS