055 213 76 73
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var:
“Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə “Çağrı mərkəzi”nə daxil olmuş zənglərin sayı isə 53.303 olub”.
BAKU.WS