SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98-də fəaliyyət göstərən, Qəmbərov Ələkbər Zaid oğluna məxsus çörək sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, daxil olan şikayət əsasında qeyd olunan ünvanda Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.


Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb.

Belə ki, qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.


Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır.

Hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.

Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.


Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.
BAKU.WS