SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.
BAKU.WS