055 213 76 73
“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.
BAKU.WS