VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq”.

BAKU.WS xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Agentlikdən bildirilib ki, yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Qeyd edək ki, iyulun 12-də MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi başa çatıb.

İyulun 14-də gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini başa çatdırıb. Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.
BAKU.WS