VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda 17 tibb müəssisəsində təmir-tikinti işləri aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən APA-ya məlumat verilib.

Nazirlikdən bildirilib ki, bundan başqa, 8 yeni xəstəxana istifadəyə veriləcək. Bunlar aşağıdakılardır:

- 200 çarpayılıq Gəncə şəhər Psixiatriya Xəstəxanası,
- 200 çarpayılıq Şəki şəhər Psixiatriya Xəstəxanası,
- Goranboy Rayon Mərkəzi Xəstəxanası,
- Şəmkir Rayon Mərkəzi Xəstəxanası,
- Qazax Rayon Mərkəzi Xəstəxanası,
- Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası,
- Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu,
- Buzovna qəsəbəsində Sanator-Kurort Reabilitasiya Mərkəzi (Publik Hüquqi Şəxs).
BAKU.WS