SİZİN REKLAM BURADA!
055 213 76 73


16 iyula gözlənilən hava proqnozu açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava yağmursuz olacaq.

Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

İyulun 16-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
BAKU.WS