VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 50-dən çox ölkənin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, müşavirləri, habelə beynəlxalq təşkilatların ölkəmizdəki daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk DOST mərkəzində olublar.

BAKU.WS xəbər verir ki, mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Diplomatik korpus nümayəndələrinə Azərbaycanın DOST layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri barədə ətraflı məlumat verib.

S.Babayev diplomatik korpus nümayəndələrinin suallarını da cavablandırıb.
BAKU.WS
QALEREYA