SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda 18 yaşlı qız itkin düşüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı və kürəyə salan qara sumkası olub. Onu görən şəxslərdən Abşeron Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
BAKU.WS
QALEREYA