SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstriyanın dünyaca məşhur qənnadı məhsulları istehsalçısı olan “Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 125 hektar ərazi alıb.

BAKU.WS qafqazinfo-ya istiandən xəbər verir ki, şirkət orada fındıq yetişdirəcək.

Məlumata əsasən, “Manner” fındıq yetişdirməsi üçün bir neçə ölkəni nəzərdən keçirsə də, son qərarı Azərbaycan olub. Bu məqsədlə artıq “Manner Azərbaycan” MMC də yaradılıb.

Qeyd edək ki, sözügedən şirkətə “Manner”, “Casali”, “Victor Schmidt”, “Ildefonso” və “Napoli” kimi qənnadı brendləri məxsusdur.
BAKU.WS