VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan "Nəsillərin debatı" proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib. 

BAKU.WS xəbər verir ki, iyun ayının 27-də yayımlanan proqramda Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti və qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmədikləri bildirilib.

Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını deyib. Onun sözlərinə görə, problemlə bağlı çağrı mərkəzlərinə edilən zənglərə də cavab verilmir.

"Bir televiziya olaraq problemə işıq salmaq, həll olunmasına çalışırıq, lakin şözülməmiş qalır", - deyə aparıcı vurğulayıb.   
BAKU.WS
VİDEO