SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda  “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə  iyulun  5-də saat 10:00-dan  saat 17:00-dək  şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, “Betonzavod” yaşayış massivinin və “İnşaatçılar” qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

BAKU.WS