VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxın Lələli kəndində Novruzovlar ailəsi qəribə hadisə ilə üzləşiblər. Onların evini yarasalar basıb. Maraqlı odur ki, evdə ailə üzvləri yaşaya-yaşaya bu canlılar evə daraşıb. Ev sahibləri müxtəlif vasitələrlə yarasaları evdən uzaqlaşdırmaq istəsələr də, buna nail ola bilmirlər.

Evdə yarasalar uçuşur. Yorğan-döşəyin arasından, pərdələrin arxasından, çarpayıların altından - hər yerdən yarasa çıxır.

Bura Qaxın Lələli kəndində Novruzovlar ailəsinə məxsus evdir. Bir neçə aydır yarasalar ailənin kabusuna çevrilib.

Əvvəlcə, tək-tək quş səsləri eşidilib, sonra səslər get-gedə çoxalıb. Artıq səs o həddə çatıb ki, evdə oturmaq mümkün olmur. Səslər xüsusilə də gecələr daha çox eşidilir.

Ev sahibinin sözlərinə görə, bu canlılar təxminən 2 ay əvvəl evin küncündə balalayıblar. Sonradan isə çoxalaraq bütün evə yayılıblar. Yarasalar tez-tez çoxaldığından artıq evin hər yerində bunlara rast gəlmək olur. Nə etsələr də, bu quşları evdən uzaqlaşdıra bilmirlər.

Ev sahibləri rayon baytarlıq idarəsinə, həmçinin gigiyena və epidemaloqiya mərkəzinə müraciət ediblər. Bu qurumlardan onlara belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyiblər. Bununla belə rəsmi qurumlar Xəzər xəbər-ə açıqlamalarında bildiriblər ki, yarasaların evə daraşması və ya bu canlıların evdən çıxarılması onların fəaliyyət dairəsindən kənardadır.
BAKU.WS
VİDEO