SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, 26 iyun tarixini xüsusi edən ən əlamətdar hadisə Azərbaycan Silahlı Qüvvələri Gününün qeyd edilməsidir.

101 yaşını qeyd edən ordumuzun yaradılması və qısa tarixi haqqında məlumatı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64916 


Səhər saatlarında keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşməsi barədə məlumatlar yayıldı.

Məlumata görə, o, Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/64923 


Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Təbrik məktubunu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64927


Siyasət arenasında da aktiv gün olub. Belə ki, Rusiya 5 il fasilədən sonra Avropa Şurası Parlament Assambleyasında səs hüququ qazanıb. 

Krımı işğalı səbəbindən 2014-cü ildə AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ əlindən alınan Rusiyanın geri qayıtmasını nəzərdə tutan qərar qəbul edilib.

Azərbaycan da daxil olmaqla 12 ölkə nümayəndələri Rusiyanın xeyrinə yekdilliklə səs veriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/64930 


Günün ən pozitiv xəbəri isə Prezident İlham Əliyevin 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim etməsi olub. 

Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/64941 


Daha bir neçə sevindirici xəbər isə Avropadan gəlib. Minsk şəhərində keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb. Sərbəst güləşçimiz Mahir Əmiraslanov finalda Stevan Miçiçə 9:1 hesabı ilə qalib gəlib.


Digər sərbəst güləşçimiz Hacı Əliyev isə iki erməni rəqbinin kürəyini yerər vuraraq yarımfinala vəsiqə qazanıb.  


Daha ətraflı linkdə: https://baku.ws/sports/64955 

Günorta saatlarında Xətai rayonu, Zığ şossesi yaxınlığında güclü yanğın olub. Quru ot və kol-kosdan başlayan yanğın həyət evlərinə keçib. Yanğının söndürülməsinə 120 nəfər canlı qüvvə və 18 ədəd yanğınsöndürən texnika cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Fotolar və videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/64937 


Fərid ƏDALƏT
BAKU.WS