VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır”.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: "Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir”.

M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: "Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xöşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var”.
 
BAKU.WS