VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı dönərxanalardan birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada baş verib. 

Bildirilib ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi təcili tibbi yardım xidmətinə müraciət edib.

Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. 

Zəhərlənən şəxslərdən ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Müalicələri davam edir.
BAKU.WS