SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni İnzibati Xətalar Məcəlləsində sərnişinlərin törətdikləri qayda pozuntularına görə cərimə məbləği düz üç dəfə azaldılır.
 
Hazırda qüvvədə olan Məcəllənin 153.2-ci maddəsində sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə 30 manat cərimə nəzərdə tutulur. Yeni layihədə isə sərnişinin törətdiyi bu qayda pozuntularına görə cəmi 10 manat cərimə müəyyən edilir.

Yeni layihənin 1 may 2016-cı il tarixdən qüvvəyə minəməsi gözlənilir.
 
Avtosfer.az
BAKU.WS