VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə qatılıblar.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq qərarına əsasən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə Yol Polisi İdarəsi rəhbərliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq qatılıblar.

Əsas məqsəd təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda məktəblərdə valideynlərə və məzunlara yol polisi tərəfindən hazırlanmış tövsiyələr çatdırılıb.

Tövsiyələrdə "Son zəng" günü məzunlara valideynlərin və yaxın qohumların avtomobillərindən istifadə etməmək tövsiyə olunub.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur: “Yol polisi əməkdaşları “Son Zəng” mərasimlərində fəal iştirak edir.

İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın.

Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa səsləyirik.

Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.

Qeyd edək ki, rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birgə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təhkim edilmiş əməkdaşları məktəblərdə müxtəlif görüşlər təşkil ediblər.

Görüşlərdə məzunlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin məktəblərə yaxın küçə və prospektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
BAKU.WS
VİDEO

QALEREYA