SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB-nin jurnalisti Əlibəy Zeynallının sosial şəbəkədə rusdilli azərbaycanlıların əleyhinə yazdığı status qalmaqala səbəb olub. 

BAKU.WS xəbər verir ki, jurnalistin statusunda rusdilli azərbaycanlılara ölüm arzulaması çox saylı insanlar tərəfindən tənqid olunub. Doğrudur, jurnalist sonradan Facebook səhifəsində yazdığı statusu silsə də, bəzi istifadəçilər onu kopyalayıb paylaşaraq öz iradlarını bildiriblər. Onun davranışlarını təxribat hesab edənlər, bu məsələdə televizya rəhbərliyini qınayanlar da olub. 

Hətta Facebook istifadəçilərinin çoxu onu dostluqdan da siliblər. 

Məsələyə ARB rəhbərliyi də reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli telekanal rəhbərliyinin əməkdaşlarının sosial şəbəkədə yazdığı statusdan təəssüfləndiyini bildirib. O qeyd edib ki, məhz bu səsbəbdən rəhbərlik regional müxbirləri olan Əlibəy Zeynallı ilə əməkdşalığa xitam verib.
BAKU.WS
QALEREYA