SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.

BAKU.WS 
report-a istinadən xəbər verir ki, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb:

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".
BAKU.WS