SİZİN REKLAM BURADA!
055 213 76 73


Qoşa Qala qapılarında aparılan restavrasiya və konservasiya işlərinin 2019-cu ilin sonlarına kimi tamamlanması nəzərdə tutulur.  

BAKU.WS-in məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qoşa Qala qapıları sonuncu dəfə 50-ci illərdə restavrasiya olunub: 

“Məhz bu səbəbdən yeni bərpanın vaxtı idi. Mövcud abidənin olduğu kimi saxlanılmaq şərtilə bərpasına üstünlük verilir”. 

Ə.Ələkbərov onu da əlavə edib ki, bu il Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin bərpasının yekunlaşması da nəzərdə tutulub: 

“Gələn il üçün Buxara və Multanı karvansaraylarının da restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda, bir vaxtlar Yaşıl aptek kimi fəaliyyət göstərmiş Qasım bəy hamamının da bərpaya ehtiyacı var. 

Lakin yekun tarix gələn il bəlli olacaq. Buna səbəb bərpa işlərinin gələnilki dövlət büdcəsinin təsdiqindən asılı olmasıdır. Qoşa Qala divarlarının tamamilə bərpası uzun müddət tələb edir. Bu bir ilin, beş ilin məsələsi deyil. Bu prosesə ən azı 10 ilə yaxın vaxt lazımdır”.
BAKU.WS