SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubanın məhşur otellərindən olan "Retro" oteldə müştərilərə qarşı dələduzluq edilir. 

BAKU.WS
bakupost-a istinadən xəbər verir ki, bu barədə oteldə xoşagəlməz mənzərə ilə qaşılaşan Fuad Məmmədov adlı Bakı sakini məlumat verib. 

Onun sözlərinə görə, onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".
 
Məsələ ilə bağlı otel rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmadı.
BAKU.WS
QALEREYA