SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb”.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır:

“Misal üçün, Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir”.
BAKU.WS