SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Səhiyyə Nazirliyinin xətti ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı cəbhə bölgələrində yaşayan uşaqları yüksəkixtisaslı mütəxəssislər tibbi müayinələrdən keçirib.

ONA-nın Qarabağ bürosunun xəbərinə paytaxtdan gələn səhiyyə işçiləri, Ağdamın Quzanlı qəsəbəsində azyaşlıları pulsuz tibbi müayinədən keçiriblər. Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev ONA-ya açıqlamasında bildirib ki, səyyar xidmət, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin öncədən hazırladığı tədbirlər planına müvafiq olaraq aparılır: “Həkim briqadalarımız, qoşunların qarşıdurma xəttində yerləşən Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Tovuz və digər cəbhəyanı rayonlarda əhalini yüksək ixtisaslı mütəxəssislər tərəfindən kompleks müayinədən keçirilməsi və onlara yardım məsləhətlərinin verilməsi məqsədi ilə biz burdayıq. Bu missiya ümumilikdə çox xeyir bir xeyirxah bir işdir. Ümumiyyətlə bütün dünyada uşaqların beynəlxalq müdafiəsi dedikdə uşaqların hüquqlarının qorunması cəmiyyətdə uşaqlara dəstəyin göstərilməsi nəzərdə tutulub.

Təəssüflər olsun ki, müayinə zamanı məlum oldu ki, müəyyən sağlamlıq problemləri olan uşaqlarımız var. Onları ya burda müalicə edirik ya da Bakı şəhərində müalicə müəssisələrində yüksək ixtisaslı yardım məqsədi ilə göndəriş yazıb aparılmasını təmin edəcəyik”.
BAKU.WS