SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

BAKU.WS 
modern.az-a istinadən xəbər verir ki, O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.

Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır:

“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
BAKU.WS