SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 29-da UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, həmin gün paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq:

"Bu səbəbdən paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur".
BAKU.WS