SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq".

N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.
BAKU.WS