VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fuad Abbasovun deportasiya məsələsi Rusiyada Miqrantların Müvəqqəti Saxlanma Məntəqəsində deportasiyasını gözləyən yüzlərlə azərbaycanlının problemini gündəmə gətirib. 

Azərbaycanlıların Moskva icmasının sədri Şamil Tağıyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, yüzlərlə Azərbaycan vətəndaşı Rusiyanın muxtəlif şəhərlərində Miqrantların Müvəqqəti Saxlanma Məntəqəsində aylardı çarəsiz halda öz deportasiyasını gözləyir:

"Çoxları artıq nə edəcəyini bilmir. Çıxılmaz vəziyyətdə qalanlar intihara belə əl atırlar. Bunlardan biri 28 yaşlı Sumqayıt sakini Çəbrailli Cəlil Cabbar oğludur. Adıçəkilən Azərbaycan vətəndaşı 3 aydan çoxdur Volqoqrad vilayətindəki Miqrantların Müvəqqəti Saxlanma Məntəqəsindədir:

Cəlil deportunu gözləyir, amma nə deport etmirlər, nə də bir söz demirlər. Bəzi soydaşlarımızın tamahının qurbanı olub. Qeydiyyata salmaq adı ilə pulunu alıblar və qanunsuz şəkildə Rusiyada müvəqqəti yaşama icazəsi alıblar. İndi bəzi tamahkar adamların qurbanı olan bu gənc 3 aydır türmədədi. Heç kimin vecinə belə deyil. İnsan türmədən mənim telefon nömrəmi tapıb yalvarır. Çarəsizlikdən özünü öldürmək istəyir.

O da Azərbaycan vətəndaşıdı. Ombudsmanlara, millət vəkillərinə məktub yazanda bu gəncin adını da yaddan çıxartmayın. Kağızda boş yer qalsa bir küncdən onu da yazarsız. Çünki bu gənc Azərbaycan vətəndaşıdır və hər bir vətəndaşın haqqı eyni şəkildə tələb olunmalıdır". 

QEYD: Cəbrayıllı Cəlil Cabbar oğluna hüquqi və maddi yardım etmək istəyənlər +7 (904) 402-84-07 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Zülfiyyə Qurbanova
BAKU.WS