SİZİN REKLAM BURADA!
055 213 76 73


"Gənclik Mall" ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

BAKU.WS xəbər verir ki, uşaqlar “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Mauqli Yad Planetdə” animasiya filmini izləyiblər.

Tədbirdə uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr iştirak ediblər.

Cizgi filmi haqqında qısa məlumat: Meteorit yağışına düşən gənc kosmik tədqiqatçı Villi naməlum planetə düşür. Robot Bakın köməyi ilə o, öz ailəsinin xilasedici missiyası gələnədək sağ qalmalıdır. Lakin Bakın batareyası bitmək üzrədir. Villi Bakı xilas edib evə qayıtmaq üçün yeni dostlar tapmalı və vəhşi planetin cəngərlik qanunları ilə yaşamağı öyrənməlidir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
BAKU.WS
VİDEO

QALEREYA