SİZİN REKLAM BURADA!
055 213 76 73



Qısa zamanda dayanacaqlardakı məlumat monitorlarında "BakuBus” MMC-nin avtobus marşrutlarının xətti və hərəkət qrafiki ilə bağlı məlumatlar öz əksini tapacaq.


Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-a bildirib. Onun sözlərinə görə bununla bağlı görülən işlər demək olar ki, yekunlaşıb. Avtobuslara izləmə cihazları quraşdırılıb, izləmə qurğularının dayanacaqlardakı məlumat monitorlarına inteqrasiyası başa çatıb.

Ş.Mehmanqızı bildirib ki, hal-hazırda avtobuslar və marşrut xətləri barədə məlumatlar monitorlara köçürülür və monitorlar sınaqdan keçirilir. Çox qısa zamanda "BakuBus” MMC-nin avtobusları da daxil olmaqla Bakıda fəaliyyət göstərən bütün avtobusların fəaliyyəti yeniliklərlə dayanacaqlardakı monitorlarda öz əksini tapacaq.

Ziya Babayev
BAKU.WS