SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının yüksəlməsinə səbəb olub. Bundan başqa, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə sosialyönümlü tədbirlər daha da artırılacaq, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılacaq:

“Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib.

Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb.

Bundan əlavə, məcburi köçkünlər də dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”
BAKU.WS