SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah qeydə alınıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, boşanmaların sayı isə 3972 olub. Bu isə hər gün orta hesabla 44 boşanma faktı deməkdir.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub. Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
BAKU.WS